Modern.az

YAP: "Nazim Məmmədova partiyanı təmsil etmək səlahiyyəti verilməyib"

YAP: "Nazim Məmmədova partiyanı təmsil etmək səlahiyyəti verilməyib"

13 May 2011, 18:28

Yeni Azərbaycan Partiyası Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransının yayılmış proqramına etiraz edib. Modern.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin bununla bağlı məlumatında bildirilib:
"Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransının yayılmış proqramında keçmiş millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası adıçəkilən fondun Bakı ofisinin siyasi etiket çərçivəsinə sığmayan bu hərəkətinə kəskin etiraz edərək bildirir ki, Nazim Məmmədov YAP-ın üzvü olmasına baxmayaraq, ona adıçəkilən konfransda Yeni Azərbaycan Partiyasını təmsil etmək səlahiyyəti verilməmişdir".

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!