16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - “Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” - Akademikdən maraqlı TƏKLİFLƏR
“Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” - Akademikdən maraqlı TƏKLİFLƏR
05.05.2018, 11:51

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər bu cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib.

Komitə sədri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasını vacib sayır.

“Bu, mütləq olmalıdır. Cümhuriyyət qurucularının ayrı-ayrı böyük simaları haqqında bədii və sənədli filmlər çəkilməlidir. Çünki qəhrəmanlar yalnız sözdə deyilməklə qəhrəman olmurlar. Böyük qəhrəmanlıqlar göstərmiş şəxsiyyətləri xalqa qəhrəman kimi tanıtmaq üçün bədii əsərlər lazımdır. Bu, bir tərəfdən həmin qiymətli insanların bütün millətə yaxından tanıdılmasına xidmət edirsə, digər tərəfdən də millət quruculuğu baxımından vacibdir. Çünki o örnək şəxsiyyətlərin hər biri elə nümunədir, rəşadətin, mətanətin, xalqa təmənnasız qulluq etməyin, fədakarlığın, paklığın elə meyarıdır ki, yeni nəsillərimizin tərbiyəsində layiqincə təsvir ediləcəkləri təqdirdə çox faydalar verə bilərlər.

Bu insanlarla bağlı məlumatlar hökmən dərsliklərdə öz əksini tapmalıdır. Həm də yalnız sadəcə tarixi məlumat şəklində yox. Onlarla bağlı şeirlər, nəğmələr, hekayələr və digər bədii parçalar da tədrisimizdə yerini tapmalıdır ki, onların təbliği, parlaq surətlərinin şüurlara köçürülməsi yolunda təsadüflərə, ayrı-ayrı təşəbbüskarların fəaliyyətlərinə arxalanmayaq. Dərslikdə olanda bu insanlar artıq sistemli şəkildə ardıcıl olaraq yeni-yeni nəsillərin hafizələrində şərəfli yerlərini tutmaq  girəvəsi əldə edəcəklər. Sovet dövləti bu baxımdan dövlətçiliyin tələblərinə cavab verən mükəmməl bir şəbəkə qurmuşdu. O bəlli modellərdən yararlanmaq lazımdır. Cizgi filmlərindən tutmuş uşaq bağçalarında öyrədilən mətnlərə, ibtidai sinif dərsliklərindən başlamış ali məktəbdə oxudulan kitablaracan hamısında sovet ideologiyası baxımından qəhrəman kimi təqdim edilməli şəxsiyyətlərlə əlaqədar bədii materiallar olurdu. Sıra-sıra mahnılar, bədii filmlər, səhnə əsərləri də öz yerində. Biz də həmin məlum və uğurlu təcrübənin qəlibindən yararlanaraq öz istiqlalımızı, yurdu yurd, milləti millət edən böyüklərimizi təbliğ edək, tanıdaq, öyrədək, onsuz da qəhrəman olanları bir az da qəhrəmanlaşdıraq, daha ideal şəkildə sabahlara ötürək. Bir vaxtlar Bakının küçələrində Azərbaycan xalqına qarşı qəsdlər törədənlərin adları mərkəzi küçələrə verilmişdi. Sovet dönəmində Neftçilər prospektindən Sahil bağına yönələn küçələr 26 Bakı komissarı və onların digər həmkarlarının adını daşıyırdı. Bu gün isə cümhuriyyət qurucularının bir çoxunun adları bəzi küçələrdə var. Amma olmayanların da adları Bakıdakı küçələrə, meydanlara verilməlidir. Həm də bu, pərakəndə halda deyil, müəyyən bir sistemə tabe edilərək gerçəkləşdirilməlidir. 26-lar məsələsini təsadüfən qeyd etmədim. Görürsünüz, sovet özünə lazım olana necə diqqətcil, səliqəli yanaşma ortaya qoyurdu.

Sovet olanda nə olar, ondan yaxşı nümunələri, belə ideoloji məsələlərdə öz maraqlarımıza uyğun olaraq sistemli yanaşmanı əxz edək”.


Rafael Hüseynov qeyd edib ki, cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasına ehtiyac var.

“Zamanında “26-lar bağı” vardı və onun içərisində 26 Bakı komissarının büstləri sıralanmışdı. Bütöv bir kompleks idi.  Düşünürəm ki, gərək paytaxtımızda əzəmətli bir Cümhuriyyət bağı yaradıla. Orada bu mərd insanların, qurucu babalarımızın  hamısının abidələri qoyulsun. İnsanlar həmin parkda istirahət etsinlər, ailəliklə gəlsinlər, orada balaları ilə dincəlsinlər və həm də dincələ-dincələ düşünmək macalları olsun – tariximiz haqqında, bizə öz doğma babalarımız qədər doğma olan həmin nurlu insanlar barədə, yolumuz, milli taleyimiz haqqında. Bugünün insanları bu şəxsiyyətləri tarix məsafəsi yaxın olduğuna görə az-çox tanıyırlar. Ən azı gələcəyin azərbaycanlılarının da bu şəxsiyyətləri daim görməsi, daha yaxından tanıması üçün bu işlər görülməlidir”.

Komitə sədri xatırladıb ki, Cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır.

“Məsələn, Əlimərdan bəy Topçubaşovun məzarı Parisdədir. 2000-ci illərin əvvəllərində bu məzarın təhlükə ilə üzləşdiyini mənə bildirdilər. Əlimərdan bəy Topçubaşovun məzarının üstündəki sinədaşının üzərində ərəbcə yazılar, “Quran” ayələri vardı. Bəzi radikal millətcilər elə zənn etmişdilər ki, bu bir ərəb qəbridir və onu dağıtmaq istəyirdilər. Belə cəhdlər vardı. Uzun müddət iş apardım, məzarın ətrafında abadlıq işlərinin görülməsi, üzərində yeni abidə qoyulması ilə bağlı bütün zəruri razılıqları aldım və Əlimərdan bəy Topçubaşovun Bakıda heykəlini düzəltdirdim. Həmin heykəli aparıb  Əlimərdan bəy Topçubaşovun məzarının üstündə ucaltdıq. Bütün bunlar barədə fərdi qaydada mütəmadi olaraq  ölkə Prezidenti cənab İlham Əliyevə məlumat verirdim.  Hər gərəkli təşəbbüsə həmişə açıq olan o böyük insan bu ideyanı da sonacan dəstəklədi və Fransaya səfəri zamanı gəlib məzarı ziyarət də etdi. Prezident İlham Əliyevdən məzarın üzərindəki köhnə, tarixi mənası olan daşı da Azərbaycana gətirməkdə köməklik göstərməsini rica etdim. Burada da iltifatını əsirgəmədi. Gətirdik və indi həmin daş mənim çalışdığım Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir. İllər öncə Nizami muzeyinin əsaslı təmirdən sonrakı açılışında ilk tamaşaçımız Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva idi. Cənab Prezident Parisdə gördüyü və indi muzeydə şüşə arxasındakı həmin məzar daşının qarşısında xeyli dayandı. Duyğulandı. AXC qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin də məzarı ölkədən kənarda, Ankaradadır. Müqəddəs bir ünvan kimi daim ziyarət edilir. Düşünürəm ki, nə Əlimərdan bəy Topçubaşovun, nə Məhəmməd Əmin Rəsulzadənin məzarlarına toxunmaq lazımdır. Çünki insanlarımızın həmin şəhərlərə yolu düşəndə gedib o məzarları da ehtiramla ziyarət edirlər, bu məzarlar vətəndən uzaqlardakı ünvanlarımıza çevriliblər və istiqlal yolundakı mübarizələrimiz haqqında söz aça bilən daş şahidlərdir.

Zamanında AXC qurucularından olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin Tiflisdə, Nəbatat bağındakı məzarları da təhlükə altındaydı. Amma indi həmin məzarlar üzərində abidələr ucaldılıb, mütəmadi ziyarət edilirlər, bu müqəddəs yerlərə daimi sayğı və diqqət var. Gürcüstanda yaşayan həmvətənlərimiz, müxtəlif qonaqlar, o cümlədən Gürcüstan paytaxtına səfər edən müxtəlif heyətlərimiz və ayrı-ayrı soydaşlarımız həmin məzarlığa vaxtaşırı baş çəkirlər.

Ceyhun Hacıbəylinin və Əkbər ağa Şeyxülislamovun Parisdəki məzarları da o təhər.

Sual oluna bilər ki, bəs niyə Cavidin nəşi Azərbaycana gətirildi və elliklə də bunu təqdir etdik? İş ondadır ki, dahi Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Sibirdə, həbs düşərgəsində vəfat etdikdən sonra İrkutsk vilayəti Tayşet rayonu Şevçenko kəndində həmin qapalı cəza müəssisəsinin ərazisində basdırılmışdı. Orada, əbədi buzlarlar, daimi donuşluq içərisindəki iraq məkanda Caviddən başqa SSRİ-nin müxtəlif guşələrindən olan minlərlə insan əbədi uyuyur ki, Stalin dönəmində onların əksəri “xalq düşməni” damğası ilə belə müdhiş qismətə ürcah olmuşdur. 1982-ci ildə böyük azərbaycanlı Heydər Əliyevin yüksək vətəndaş qeyrəti, cəsarət, qətiyyət göstərərək, Kremldəki nüfuzundan, sözünün keçərliyindən yararlanaraq gerçəkləşdirdiyi bu iş sövet dövründə əsl möcüzə kimi qavranıldı.

Və Cavid mütləq qayıtmalıydı. Çünki orada tək idi, tənha idi, o məzarı və ümumən oradakı məzarları heç kim ziyarət etmir. İndinin indisində də oralara gedib çıxmaq mümkünsüz kimidir. Böyük Heydər Əliyev ictimai vicdanımız qarşısında bu qəhrəmanlığı etdi və bu savabdan-savab əməlinə görə ən dərin sevgilərə layiqdir. Cavidi vətənə qaytardı və ölümündən 41 il sonra Cavid ata yurdunda, nəhayət ki, dədə-baba qaydası ilə dəfn edildi. Unudulmaz Heydər Əliyevin artıq müstəqillik dövründə hakimiyyətə yenidən qayıdışından sonra isə 1996-cı ilin oktyabrında Cavidin məzarı üstündə əzəmətli mavzoley ucaldıldı. Məzar o vaxt qərib olur, məzar sözün həqiqi mənasında o zaman ölür ki, onu yada salan olmur, o qəbrə aparan izlər itir”.

Akademik bildirib ki, Cümhuriyyət fədailərinin qürbətdəki sadaladığı son mənzilləri isə diri məzarlar, əsl ziyarətgahlardır.

“Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Könül istər ki, həmin zirvə şəxsiyyətlər burada da, Azərbaycanımızın baş şəhərində və ölkənin dörd bucağında da hər zaman gözlər önündə olsunlar. Onlarla bağlı ortaq memorial hökmən yaradılmalıdır. Cümhuriyyət bağı, yaxud parkı dediyimiz tipli tarixi-mədəni mənalı məskənlər yalnız Bakıda deyil, Azərbaycanın hər yerində ola bilər və gərək ola.  Onlar, o unudulmazlar bu millət, bu vətən naminə ömürlərini, gəncliklərini, rahat yaşayışlarını, ailələrinin talelərini fəda ediblər. Bu millətə istiqlalın şirin dadını anladıblar. Bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər. Biz onlara həmişə borcluyuq. Hamımız! Haqq itirməyən, qədirbilən olaq ki, gələcəkdəkilər də bizim haqqımızı itirməsinlər, hansısa yaxşı işlərimizi hörmətlə ansınlar. Borcları qaytarmaq məqamıdır!..”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO
15.10.2018, 17:16

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO

ARXİV