Modern.az

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

18 Dekabr 2018, 22:53

VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası “VMF” saatlarının təqdimat mərasimini keçirdi. Modern.az xəbər verir ki, təşkil olunan təqdimat mərasimində tanınmış elm, sənət adamları və ictimai xadimlər iştirak edirdi. VMF Şirkətinin tarixinin qısa xülasəsi ilə açılan tədbirdə VMF saat kolleksiyaları təqdim olundu. Milli ruhdan ilhamlanaraq müasir dövrün tələblərini özündə əks etdirən VMF saatları adları ilə qonaqların diqqətini cəlb etdi; VMF saatları “Klassik”, “Ənənə”, “Miras”, “İdman” və “Şəhər” saat kolleksiyalarından ibarətdir. Bu kolleksiyalara “Muğam”, “Ulduz”, “Miras”, “İrs”, “Tor”, “Eleqant”, “Naxış”, “Mirvari”, “Bulvar”, “Azman”, “Balans” ailələri daxildir.

VMF saatlarının ideya müəllifi və yaradıcısı olan ANS Şirkətlər Qrupunun prezidenti, VMF Şirkətinin təsisçisi Vahid Mustafayev çıxışında bu saatların uğur yolunda olanlara həsr etdiyini bildirib:

 

“VMF Şirkəti olaraq, biz 20 ildən artıqdır İsveçrə və Yaponiyanın 20-yə yaxın ən qabaqcıl Saat ailəsini Azərbaycanda şərəflə təmsil edirik. Bu illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və tədris kurslarından müvəffəqiyyətlə keçmişik. Yaraşığı, mürəkkəbliyi və qiymət səviyyəsi müxtəlif olan saatlarla yaxından tanış olmuşuq, lakin taxmaq istədiyimiz saata rast gəlməmişik. Taxmaq istədiyimiz saatın uğur qazanmaq üçün hər zaman ehtiyaclarımıza, biznes və həyat tərzimizə uyğun olmağını istəyirdik! Və nəhayət, belə bir saatı yaratdıq. VMF - Uğur saatınızı əldən buraxmayın!”.

 

Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olundu.

“VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı, tenor Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən “Muğam”, “Azman”, “Tor” və “Ulduz” kolleksiyasının elçisidir. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən “Muğam” kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən “Şuşanın dağları” mahnısını canlı ifa etdi. Mənsum İbrahimova “VMF saatlarının elçisi” sertifikatı və “Muğam” ailəsindən olan qol saatı təqdim olundu.

 

VMF saatlarının daha bir elçisi isə dünya şöhrətli rəqqasə, baletmeyster Təranə Muradova elan edildi. Təranə Muradova VMF saatlarının zəriflik və qadınlığı özündə cəmləşdirən “Mirvari”, “Miras”, “Bulvar” və “Naxış” kolleksiyasının elçisi oldu. “Naxış” kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan “Qavalla rəqs” canlı olaraq nümyiş etdirildi. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurdu. Təranə Muradovaya “VMF saatlarının elçisi” sertifikatı və “Naxış” ailəsindən olan qol saatı təqdim olundu.

 

Təqdimat mərasimində xalq şairi Sabir Rüstəmxanlı və sənətşünaslıq elmləri doktoru, xalq artisti Leyla Şıxlinskaya da çıxış etdi.

 

Xatırladaq ki, 1997-ci ildən indiyədək VMF Şirkəti Bakıda və Azərbaycanın ən böyük şəhərlərində dizayn və rahatlığı, yüksək xidmət göstərən peşəkar komandası ilə 20-dən çox salonda saatsevərlərə xidmət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...