Modern.az

Azərbaycanın MMA döyüşçüsü qripdən öldü

Azərbaycanın MMA döyüşçüsü qripdən öldü

Hadisə

27 Yanvar 2019, 16:04

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. Modern.az-a daxil olan məlumata görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

 

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb:

“Daha sonra xəstəlik şiddələnib və onun  bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır