Modern.az

“Standartlaşdırma haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı  

“Standartlaşdırma haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı   

5 Aprel 2019, 11:17

"Standartlaşdırma haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, yeni qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Sənəd 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı. Qanun layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır