Modern.az

Konfrans Liqası: “Neftçi” qalib gəldi - YENİLƏNİB

Konfrans Liqası: “Neftçi” qalib gəldi - YENİLƏNİB

Aktual

4 Avqust 2022, 22:53

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) görüşü başa çatıb. 

 

Modern.az xəbər verir ki, "Bakcell Arena"da oynanılan qarşılaşma "Neftçi" komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb.

 

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

 

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

 

***

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

 

Modern.az-ın məlumatına görə, "ağ-qaralar"ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.

 

***

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda hesab açılıb.

 

"Bakcell Arena"da oynanılan görüşdə hesabı "Neftçi" komandası açıb. Oyunun 44-cü dəqiqəsində Ataa Caber fərqlənib.

 

***

"Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, "Bakcell Arena"kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!