Modern.az

Atmosferi çirkləndirən sürücülər cərimələndi

Atmosferi çirkləndirən sürücülər cərimələndi

Aktual

14 Avqust 2022, 18:25

“Təmiz hava” aylığı çərçivəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, şəhər ərazisində keçirilən nəzarət tədbirləri zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.

 

Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir