Modern.az

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Aktual

15 Noyabr 2022, 20:17

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirib.

 

Yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

 

Baş DYP İdarəsi ərazi üzrə xidmət aparan YPX əməkdaşlarının təhlükəsizlik tədbirlərinə cəlb ediləcəyini bildirməklə yanaşı, sürücüləri yolun sözügedən hissəsində daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək