Modern.az

Bank kartı oğurlayan şəxs tutuldu

Bank kartı oğurlayan şəxs tutuldu

7 Dekabr 2022, 13:32

Füzuli rayon sakininin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən xəbərə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?