Modern.az

Bayramı Şaxta baba ilə keçirmək istəyirsiz? - Bu qədər pul ödəməlisiz!

Bayramı Şaxta baba ilə keçirmək istəyirsiz? - Bu qədər pul ödəməlisiz!

Aktual

29 Dekabr 2022, 15:26

Artıq Yeni ilin astanasındayıq. Kimlər üçün yeni ümdilər, kimlər üçünsə sadəcə təqvim dəyişəcək. Amma günü daha rəngarəng etmək istəyənlər də tapılacaq. Hansı ki, nağıllar dünyasındakı Şaxta babanı evlərinə qonaq çağıracaqlar. Amma nədənsə bu il paytaxt küçələrində Şaxta baba gözə dəymir.

 

Səbəbinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Şaxta baba olmaq üçün müraciət edən yoxdur.

 

Məlumata görə, paytaxt küçələrində fəaliyyət göstərən Şaxta baba və Qar qız üçün dövlət rüsumu 90 manatdır. Amma Şaxta baba və Qar qız kimi evlərə dəvət olunan şəxslər bu məbləği ödəmirlər.

 

Maraqlıdır, evlərə dəvət olunan Şaxta babaların sifariş qiyməti neçəyədir?

 

Həmin “Şaxta baba”lardan biri sifariş qiymətləri barədə Modern.az-a danışıb.


O bildirib ki, 31 dekabr üçün 45 dəqiqəlik tək Şaxta babanın sifariş qiyməti 170 manatdır:

 

"Əgər Şaxta baba ilə bərabər şoular da olarsa, qiymətlərdə endirim edirik. Şaxta baba və şou birlikdə ən azı 220 manatdır. Məsələn, buz şou ilə Şaxta baba birlikdə 350 manat aralığındadır. Ən sonuncu qiymət 350 manatdır, ondan baha proqram yoxdur".

 

Yeni ilin personajı deyib ki, 31 dekabr üçün yalnız yarım saatlıq boş yeri var:

 

"Bayramda bütün saatlara sifarişlərim var. Yalnız səhər saat 11-də yarım saatlıq sifariş qəbul edə bilərəm. Çünki Yeni il üçün təxminən 1 ay əvvəldən sifariş qəbul edirik".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok