Modern.az

Əfv Komissiyası 300-dən çox müraciətə baxıb - YENİLƏNİB

Əfv Komissiyası 300-dən çox müraciətə baxıb - YENİLƏNİB

Aktual

24 Yanvar 2023, 18:55

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

 

Qərara əsasən, Əfv Komissiyanın növbəti iclası yanvarın 31-də keçiriləcək.

 

Qeyd edək ki, komissiya indiyə qədər ümumilikdə 300-dən çox müraciətə baxıb.

 

***

09:42

 

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Komissiyadan bildirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılacağı vurğulanıb.

 

Qeyd edək ki, indiyədək cari ildə Əfv Komissiyasının iki iclası baş tutub, ümumilikdə 200-dən çox müraciətə baxılıb.

 

Onu da bildirək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü