Modern.az

Hava yenidən pisləşir: Qar yağacaq

Hava yenidən pisləşir: Qar yağacaq

28 Yanvar 2023, 14:20

Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

 

Qeyd olunub ki, yanvarın 30-u gündüz yağıntılarda fasilə olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!