Modern.az

Hərbçimizə işgəncə verilməsinə Avropa İttifaqından REAKSİYA

Hərbçimizə işgəncə verilməsinə Avropa İttifaqından REAKSİYA

Aktual

13 Aprel 2023, 19:30

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ermənilər tərəfindən saxlanılmış Azərbaycan əsgərinə işgəncə verilməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Mixalko özünün Tvitter hesabında paylaşım edib.

 

O, yayılan videonun olduqca acınacaqlı olduğunu bildirib.

 

“Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, - səfir deyib.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Bu gün sosial şəbəkələrdə Hüseyn Axundovun ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?