Modern.az

Dünyanın ən nüfuzlu insanlarının SİYAHISI

Dünyanın ən nüfuzlu insanlarının SİYAHISI

Aktual

14 Aprel 2023, 00:50

Böyük Britaniyanın "Time" jurnalı dünyanın ən nüfuzlu insanlarının reytinq siyahısını hazırlayıb.

 

Modern.az xəbər verir ki, siyahıda 100 nəfərin adı yer alıb.

 

Siyahıda iş adamı İlon Mask, futbolçu Lionel Messi, müğənni Beyons, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts, Yaponiyanın baş naziri Fumio Kişida və Kral III Çarlzın da adı var.

 

Bundan başqa, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, Rusiyada həbs olunan jurnalist Evan Qerşkoviç və başqaları da siyahıya əlavə edilib.

 

Reytinq siyahısında hər bir şəxs haqqında müvafiq sahənin tanınmış nümayəndəsi məqalə yazıb. Zelenskaya “Liderlər” kateqoriyasında birinci olub, ABŞ-ın birinci xanımı Cil Bayden onun haqqında fikirlərini bölüşüb.

 

"The Times" qalibləri aşağıdakı kateqoriyalar üzrə sıralayıb:

 

"Sənətçilər" - aktyor Maykl Cordan;

"İkonalar"- aktrisa Cenifer Kulic;

"Pionerlər" - reper Doja Ket;

"Titanlar" - aktrisa Anqela Bassett;

"İnnovatorlar" - Bob İqer, "The Walt Disney Company" şirkətinin Direktorlar Şurasının sədri.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?