Modern.az

Yeni kənd təsərrüfatı naziri KİMDİR...

Yeni kənd təsərrüfatı naziri KİMDİR...

Aktual

14 Aprel 2023, 11:30

Azərbaycanın kənd təsərrüfatı naziri postuna yeni təyinat olub.

 

Modern.az bildirir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

 

M.Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

 

Yeni nazir 2022-ci ildən “PASHA Holding”in tərkibinə daxil olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. O, eyni zamanda “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində fəaliyyət göstərib.

 

M.Məmmədov daha əvvəllər holdinqə daxil olan "PMD Group" şirkətində  vəzifə tutub.

 

O, ingilis və rus dillərini bilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək