Modern.az

Dövlət Xidmətinin yeni rəisi kollektivə təqdim edildi

Dövlət Xidmətinin yeni rəisi kollektivə təqdim edildi

Aktual

17 Aprel 2023, 16:48

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Mürsəl İbrahimov kollektivə təqdim olunub.

 

Modern.az xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.

 

X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?