Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinə 1 aydan az vaxt qalıb.
Modern.az xəbər verir ki, bu gün Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener seçkilərlə bağlı bir sıra statistik rəqəmləri açıqlayıb.
O qeyd edib ki, seçkilərdə iştirak etmək üçün 64 milyon 113 min 941 nəfərin adı seçici siyahısına salınıb. Yenerin sözlərinə görə, 600 minə yaxın insan qeydiyyatda olduğu yerdən fərqli yerdə səs verəcək, onlardan 133 mini zəlzələ bölgəsində yaşayan insanlardır.
Ölkə daxilində:
Seçicilərin sayı: 60 milyon 697 min 843 nəfər
Qadın seçicilərin sayı: 30 milyon 710 min 790 nəfər
Kişi seçicilərin sayı: 29 milyon 987 min 53 nəfər
Yaşı 75-dən çox olan seçicilərin sayı: 3 milyon 180 min 802
İlk dəfə səs verəcək şəxslərin sayı: 4 milyon 904 min 672 nəfər
Seçki məntəqələrinin sayı: 191 884
Ölkə xaricində:
Seçicilərin sayı: 3 milyon 595 min 158
Qadın seçicilərin sayı: 1 milyon 595 min 158 nəfər
Kişi seçicilərin sayı: 1 milyon 820 min 940 nəfər
İlk dəfə səs verəcək şəxslərin sayı: 277 min 646 nəfər
Seçki məntəqələrinin sayı: 694
Türkiyə vətəndaşlarının səs verəcəyi ölkələrin sayı: 74