Modern.az

ATA İttifaqı dağılır? - Sinan Oğan qərarını açıqlayacaq

ATA İttifaqı dağılır? - Sinan Oğan qərarını açıqlayacaq

Aktual

21 May 2023, 21:40

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan mayın 22-də ictimaiyyətə açıqlama verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ittifaqda təmsil olunan Zəfər partiyasının sədri Ümit Özdağ məlumat verib.

 

Onun sözlərinə görə, Oğan sabah prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq. Özdağ partiyasının xüsusi açıqlamasının olmayacağını bildirib.

 

İttifaqa daxil olan Ədalət Partiyasının sədri Vecdet Öz isə ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb. O, ATA İttifaqına rəsmən artıq son verildiyini bildirib. "Nəzakət xatirinə bir-birimizdən soruşduq. Ümit müəllimin verəcəyi qərara hörmət edirəm", - deyə partiya sədri qeyd edib. 

 

Xatırladaq ki, bundan əvvəl Sinan Oğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Ümit Özdağ isə CHP lideri Kemal Kılıçdaroğlu ilə görüşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et