Modern.az

İrəvanda müxalifət lideri saxlanıldı

İrəvanda müxalifət lideri saxlanıldı

22 Sentyabr 2023, 09:16

İrəvanda müxalifət liderlərindən biri - “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bu səhər vətəndaş itaətsizliyi aksiyası zamanı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, səhər saatlarında bir qrup müxalifətçi ilə birlikdə İrəvanın küçələrini bağlamağa cəhd edib.

Xatırladaq ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi itaətsizlik aksiyalarına başladığını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ