Modern.az

"SabahÇempionlar Liqasında pley-off oyununa çıxır

"Sabah" Çempionlar Liqasında pley-off oyununa çıxır

İdman

Bu gün, 08:35

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxacaq.

Komandamız Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq 

Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

18 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00."Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan)

Baş hakim: Davide Massa (İtaliya)

Buxarest. "Culeşti" stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı