Modern.az

Yəmən sahillərində yük gəmisinə atəş açılıb

Yəmən sahillərində yük gəmisinə atəş açılıb

Dünya

19 Avqust 2026, 03:53

Yəmən sahilləri yaxınlığında yük gəmisinə atəş açılıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinə (UKMTO) istinadən bildirib.

Məlumata görə, hadisə Mokha liman şəhərindən 40 mil cənub-şərqdə baş verib. Atışma zamanı gəmidə heyət üzvü olmayıb. UKMTO-nun məlumatına görə, hücum nəticəsində gəmiyə ziyan dəyib.

Gəminin adı və qeydiyyat ölkəsi göstərilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...