Modern.az

QHT sədri prezidentliyə namizədliyini irəli sürdü

QHT sədri prezidentliyə namizədliyini irəli sürdü

18 Dekabr 2023, 11:10

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev prezident seçkilərində iştirak edəcək.

 

 

Modern.az-ın məlumatına görə, F.Əliyev deyib ki, bu günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

 

Dünən F.Əliyevin iştirakı ilə bir qrup vətəndaş toplantı keçirib və bu seçkidə ona dəstək məqsədilə “Vətəndaş Birliyi” seçki qərargahının yaradılması barədə qərar qəbul edilib.

 

Qərara əsasən növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürən Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahı 7 nəfərdən ibarət tərkibdə formalaşıb.

 

Seçki qərargahına Xəzər Teyyublu rəhbərlik edəcək.

 

Qeyd edək ki, indiyədək Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, BAXCP sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədlkləri irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi