Modern.az

"İlham Əliyevin alternativi yoxdur" - Rasim Balayev

Aktual

22 Dekabr 2023, 15:20

Xalq artisti Rasim Balayev növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verəcək. 

 

Xalq artisti bu barədə Modern.az-a açıqlamasında bildirib. 

 

"Mən prezidentimizə alternativ görmürəm. İlham Əliyev bütün fəaliyyəti ilə sübut etdi ki, bizim fəxr etməli olduğumuz, qürur duyduğumuz prezidentdir. İnanıram ki, hamı ona səs verəcək. Təbii ki, mən də səsvermədə iştirak edəcəm və İlham Əliyevə səs verəcəm",- odeyib.

 

Qeyd edək ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. 

 

İndiyədək 8 nəfərin namizədliyi irəli sürülüb. Hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Sabiq maliyyə naziri Fikrət Yusifov da namizədliyini irəli sürəcəyini bildirib.

 

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası, sabiq səhiyyə naziri Əli İnsanov seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək