Modern.az

Bu partiya da İlham Əliyevin namizədliyini dəstəklədi - FOTOLAR

Bu partiya da İlham Əliyevin namizədliyini dəstəklədi - FOTOLAR

Aktual

23 Dekabr 2023, 15:36

Bu gün Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda geniş müzakirələrdən sonra 7 fevral növbədənkənar Prezident seçkilərəlində İlham Əliyevin namizədliyinin dəstəklənməsinə dair qərar qəbul olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının Mətbuat Xidmətindən məlumat verilib.

 

Qərarı təqdim edirik:

 

"Azad Vətən Partiyası Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin İkinci Qarabağ (Vətən) müharibəsinə uğurlu rəhbərliyini, səmərəli daxili və xarici siyasətini, Böyük Zəfərin əldə olunmasında əvəzsiz xidmətlərini, bərpa və quruculuq işlərində davamlı fəaliyyətini, bütün ərazilərimizdə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə, Əsgəranda suverenliyimizin tam bərpa olunması ilə bağlı xüsusi nailiyyətlərini, hazırda real alternativinin olmadığını, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyduğunu, xalqın böyük əksəriyyətinin rəyini qazandığını, varisi olduğumuz Qarabağ Azadlıq Təşkilatının 30 il ərzində irəli sürdüyü bütün arzu və istəklərin onun tərəfindən yerinə yetirildiyini, təcavüzkar və revanşist Ermənistanın və havadarlarının təhdid, təxribat, hətta müdaxilə cəhdlərinin qarşısının yalnız onun tərəfindən alına biləcəyini, Böyük Zəfər yolunun, quruculuq işlərinin davam etdirilməsinin vacibliyini əsas götürərək qərara alır:

 

1. 7 fevral 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan Növbədənkənar Azərbaycan Respublikası Prezdenti Seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyi dəstəklənsin, hərtərəfli və fəal şəkildə müdafiə olunsun.

 

2. Partiyanın qərarı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilsin.

 

3. Partiyanın qərarının KİV-lər vasitəsi ilə geniş ictimaiyyətə çatdırılması təmin edilsin".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək