Modern.az

Rəsul Quliyev də İlham Əliyevi DƏSTƏKLƏDİ

Rəsul Quliyev də İlham Əliyevi DƏSTƏKLƏDİ

Aktual

23 Dekabr 2023, 19:05

Milli Məclisin sabiq spikeri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.

 

Modern.az xəbər verir ki, o, fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına ünvanladığı məktubda partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.

 

Partiya onun təklifini qəbul edib. Beləliklə, GAP seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

 

Qeyd edək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin müraciətinə baxılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək