Modern.az

Ağsaqqallar Şurası seçkidə İlham Əliyevi DƏSTƏKLƏYƏCƏK

Ağsaqqallar Şurası seçkidə İlham Əliyevi DƏSTƏKLƏYƏCƏK

Aktual

25 Dekabr 2023, 11:36

Ağsaqqallar Şurası bu gün keçirilən Ümumi yığıncağında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın ümumi yığıncağında çıxışı zamanı 35 min üzvü olan qurumun Prezident İlham Əliyevin siyasətinin davamını tarixi zərurət hesab etdiyini bildirib.

 

E.Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirdiyini qeyd edib.

 

Şura İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub. Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!", - bəyanatda deyilir.

 

Şuranın sənədində vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir, o, “ata vəsiyyəti”ni yerinə yetirərək Şuşanı azad etdi.

 

"Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır. İlham Əliyev qalib xalqın qalib lideridir! Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdük. 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi Yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edir. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur! Biz daim Sizinləyik, cənab Prezident!" - Bəyanatda vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək