Modern.az

Seçkilərdə müşahidə üçün bu təşkilatlar Azərbaycana dəvət edilib

Seçkilərdə müşahidə üçün bu təşkilatlar Azərbaycana dəvət edilib

Aktual

29 Dekabr 2023, 09:52

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a XİN-dən məlumat verilib.

 

Vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.

 

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək