Modern.az

Məhv edilən erməni hərbçinin FOTOLARI

Məhv edilən erməni hərbçinin FOTOLARI

Aktual

13 Fevral 2024, 14:54

Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),
Qaqik Varazdatoviç Manukyan (1982),
Arsen Qaqikoviç Hambardzumyan (1979),
Hraçya Talışeviç Hovhannisyan (1957).
 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı  nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb.

1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi