Modern.az

Hacı Şahinin vəfatının ildönümü: Haqqında kitablar yazılıb, qəbirüstü abidəsi isə...

Hacı Şahinin vəfatının ildönümü: Haqqında kitablar yazılıb, qəbirüstü abidəsi isə...

Aktual

2 Mart 2024, 09:10

Bu gün tanınınmış din xadimi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür.

 

O, ötən ilin mart ayını 2-də 48 yaşında ürəktutmadan dünyasını dəyişib. 

 

Bəs bu bir ildə Hacı Şahin Həsənlinin adının əbədiləşdirilməsi üçün hansı işlər görülüb?

 

Modern.az ilahiyyatçının tələbəsi Elbrus Kərimovla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Elbrus Kərimov bildirib ki, bu müddət ərzində Hacı Şahinin yazdığı kitablara tələbat olduğu üçün ikinci dəfə nəşrə verilib.

 

"Hacı Şahin barəsində ölkəmizdə və xaricdə müxtəlif kitablar yazılıb. Türkiyədən Hüseyn Atam adlı şəxs Hacı barəsində "Yol" adlı kitab yazıb. Orada Hacının həyatı, fikirləri barədə məlumatlar verilib. Qısametrajlı filmlər də çəkilib. İndiyə qədər görülən işlər bunlardır".

E.Kərimov Hacı Şahin Həsənlinin qəbrinin sadə olacağını bildirib:

 

"Qəbirüstü abidəyə gəlincə, dinimiz təmtəraqlı bir şeyi bəyənmir. Hansısa abidə, heykəl qoymaq barədə düşüncə yoxdur. Sadəcə olaraq, səliqə səhmana salınaraq sadə qəbir olacaq".

 

"Məşədi Dadaş məscidinə gəlincə, faktiki olaraq icma oradan may ayından ayrılııb. Bu baxımdan hansı dəyişikliklərin olacağından xəbərsizəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?