Modern.az

"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir

"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir

Aktual

12 İyul 2024, 16:10

"Bolt" şirkətinin Azərbaycandakı bazasında 300-ə yaxın sıfır emissiya səviyyəli avtomobil təqdim ediləcəyi bildirilib. Bu, ölkədə taksilərin fəaliyyətinə necə təsir edə bilər? Azərbaycanda yaradılan elektron taksi parkı gələcəkdə uğur əldə edə biləcəkmi?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, gətiriləcək avtomobillərin sayı başlanğıc üçün yaxşı göstərici ola bilər, amma say etibarilə azdır:

“Gələcəkdə bu sayın daha da artırılmasının nəzərdə tutulacağını düşünürəm. Ölkəyə gətirilən avtomobillərin ilk növbədə kateqoriyasının, gələcək perspektivlərin öyrənilib gətirilməsi uğrunda atılan addımlar daha təqdirəlayiq olardı”.

Onun sözlərinə görə, bu gün gündəlik istifadə, eləcə də taksi fəaliyyətində tələb olunan avtomobillər sinfinə ilk növbədə elektromobillərdən əlavə ekonom avtomobillər də daxildir:

“Bu tələbatlar ölkə iqtisadiyyatına təsir edir. Bütün texnikaların işləmə əmsalı istifadə etdiyi yanacaq əmsalı ilə düz mütənasib olmalıdır. İstənilən zaman kəsiyində texnikaların işlək olması əhəmiyyət daşıyır”.
 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər