Modern.az

Toivo Klaar davamçısını təbrik etdi 

Toivo Klaar davamçısını təbrik etdi 

Aktual

17 İyul 2024, 18:33

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu vəzifədə onun davamçısı olan Maqdalena Qrononu təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə avropalı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

“Təbriklər Magdalena. O bu vəzifə üçün zəngin təcrübəyə malikdir", - T.Klaar vurğulayıb.

 

Qeyd edək ki, Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu