Modern.az

İrəvan delimitasiyanın davam etdiriləcəyi yeri AÇIQLADI

İrəvan delimitasiyanın davam etdiriləcəyi yeri AÇIQLADI

Aktual

29 May 2025, 13:46

Sərhədlərin delimitasiyası prosesi yerində dayanmayıb: Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və irəliləmək üçün işlərini davam etdirirlər.

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da jurnalistlərlə söhbətində bildirib.

O, deyib ki, iki ölkə arasındakı sərhədin 12,7 kilometri delimitasiya olunub, orada qoşunlar yerləşdirilib və son 5 ildə bu ərazilərdə cəmi bir insident qeydə alınıb.

“Biz sərhəd qoşunlarının yerləşdirilməsi və digər ərazilərdə də sabitliyin bərqərar olması üçün delimitasiyanın  davamı ilə bağlı Azərbaycanla işləyirik”, - Qriqoryan əlavə edib.

O, izah edib ki, son razılaşmaya əsasən, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədinin kəsişməsindən “bir qədər aşağıda” olan hissədən delimitasiya davam etdiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada