Modern.az

Lerikdə polis mayoru qəfil vəfat etdi

Lerikdə polis mayoru qəfil vəfat etdi

20 May 2024, 09:42

Lerik rayonunda polis zabiti qəfil vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayev dünən xidmətdə olmadığı vaxt dünyasını dəyişib.

 

Onun ürək xəstəliyi səbəbindən halının qəfil pisləşdiyi və bu səbəbdən vəfat etdiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır