Arxiv
31 Yanvar 2012, 16:16 | MÜSAHİBƏ
Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"

“Karyera” rubrikası üçün politoloq Eldar Namazovu seçəndə onun müsahibəyə belə asanlıqla razılaşacağını düşünmürdüm. Amma Eldar müəllim rubrikamızın adını eşidəndə “nə yaxşı rubrikadır” dedi. Sonra da əlavə etdi ki, siyasət adamı o qədər yorur ki... Suallarımı da geniş, əhatəli, həm də diplomat dəqiqliyi ilə cavablandırdı. İnsaf naminə həm də səmimi bir müsahibə verdi.  

- Gələcək karyeranız barədə neçə yaşınızdan düşünməyə başlamışdınız?

-
Adətən insan öz gələcəyiylə bağlı daha ciddi planları yuxarı siniflərdə qurmağa başlayır. Uşaqlıq dövründə poeziyayla da maraqlanırdım, hələ birinci sinifdə oxuyanda şeirlər yazırdım. Yadımdadır, son zəngdə məni-birinci sinif şagirdini gətirirdilər həmin o tədbirə öz şeirlərimi oxuyurdum. Hamı da təəccüblənirdi ki, birinci sinif şagirdi öz şeirləriylə məktəb iclaslarında çıxış edir. Bundan başqa, mən şahmatla da maraqlanırdım. 7-ci sinifdə oxuyanda mən oynadığım komanda Azərbaycanda birinci yerə çıxdı və SSRİ  şahmat yarışlarında ölkəmizi təmsil etməyə layiq görüldü. Ancaq 8-ci sinifdən sonra mənim seçimim tarix fənni oldu. Artıq şahmat yarışlarında iştirakımı da dayandırdım. Başqa fənlərə də o qədər də diqqət yetirmirdim. Artıq tarixçi olmaq qərarını vermişdim. Həqiqətən də məktəbi bitirəndən sonra Azərbaycan Pedaqoji Universitetin Tarix fakültəsinə daxil oldum. Bu elmlə mən 1989-cu ilədək məşğul oldum. Azərbaycan Elmlər Akademiyasının Tarix kafedrasının şöbə müdiri idim. Qarabağ konflikti başlayandan sonra isə artıq Azərbaycanda politologiya elmi yaranmağa başlayanda Elmlər Akademiyasında ilk politologiya şöbəsi mənim iştirakımla yarandı.  

- Daha şeir yazmırsınız?

- Poeziyaya sevgi elə seydir ki, bu günədək məndə itməyib. Nəinki usaqlıqda, tələbəlik illərində də, artıq Elmlər Akademiyasında çalışdığım dövrlərdə də yazdığım seirlər var. Ancaq mən onları heç vaxt mətbuata çıxartmıram. Yaxın dostlarımın əlamətdar günlərində də onlara seir həsr edirəm, ancaq bu da öz aramızda qalır.

- Sevgi seirləri də yazmısınız?

- Mənə elə gəlir ki, şeir yazan insan bu mövzudan qaça bilməz.

- Ağstafada doğulmusunuz. Bəs Bakıya nə vaxt gəlmisiniz?

- Bəli, mən Ağstafada anadan olmusam. Ancaq mən Ağstafa ilə Qazaxı bir-birindən ayırmıram. Mənim pasportumda da anadan olduğum yer Qazax rayonu kimi göstərilmişdi. Amma sonradan Qazaxla Ağstafanı böldülər. Mənimcün artıq bu rayonları bir-birindən ayırmaq gecdir. 
6 yaşıma kimi kənddə böyümüşəm Atam, anam və bacım Bakıda yaşayırdılar. Atam da, anam da həkim idilər. O dövrdə kirayədə qalırdılar valideynlərim. Mən isə kənddə babamla nənəmin yanında qalırdım. Sonralar valideynlərim zarafatla deyirdilər ki, “sən “dezertir” idin. Sən orda kef edirdin babanla nənənin yanında, biz isə Bakıda cətin bir şəraitdə yasayırdıq”. Mənim şəhərə gəlmək fikrim yox idi. Hər dəfə söhbət düşəndə ki, məni şəhərə gətirəcəklər özümü yerə-göyə vururdum ki, mən kənddən getməyəcəm. Nəhayət, məktəb yaşıma çatanda məni aldadıb gətirdilər şəhərə. Atamla anam kəndə gəlmişdilər. Babam da dedi ki, gedək ata-ananı yola salaq. Mən də onları yola salmağa gəlmişdim. Amma kupedə başımı söhbətə qatdılar, babam da kupedən sakitcə çıxıb getmişdi. Bir də ayılanda gördüm ki, qatar yola düşüb, ağladım. Bir müddət Bakıda da hamıyla incik gəzdim. Amma yavaş-yavaş atrıq şəhər şəraitinə də uyğunlaşdım.. .   

- 88-ci ildə başlanan prosesdə iştirak etmisiniz. Artıq o dövrdə Qarabağ konflikti ilə bağlı ekspert kimi tanınırdınız. Bu məlumatlılıq hardan idi?

- Elmlər Akademiyasında çalışanda məni Moskvaya iki illik təcrübə yığmağa göndərdilər. Moskvada mən “Dədə Qorqud” dastanı üzərində elmi işimi quracağıma qərar verdim. Mənim çalışdığım institutsa Moskvada eyni zamanda milli məsələlərlə məşğul olurdu. Bütün SSRİ ərazisində harda etnik, milli, dini münaqişə təhlükəsi var idisə, ora ekspedisiyalar göndərilirdi, elmi araşdırmalat aparılırdı, bir çox hallarda qapalı, hətta elmi mətbuata çıxarılmayan müzakirələr aparılırdı. Mən də bir Azərbaycanlı kimi həmin müzakirələrə dəvət olunurdum. Və həmin illərdə-artıq 80-cı illərin əvvəllərində Moskvada erməni alimləri ilə (onlar orada çox idilər) daimi mübahisəmiz düşürdü. O dövrdə neçə erməni aliminin bu istiqamətdə müdafiəsinin qarşısını aldım. Yəni bu iddialar hələ 80-cı illərin əvvəllərində mənə tanış idi. O təcrübə mənə bir çox şeyləri aydın etdi. O cümlədın Azərbaycana qarşı hansı təhlükələr olduğunu. Ona görə də mən artıq elmi işimi hazırlayıb, Sankt-Peterburqda müdafiə edib, Bakıya qayıdandan sonra Qarabağ konflikti başlayanda bu barədə məlumatlı adam kimi kənarda qala bilməzdim. 1988-ci ilin fevralında bu proseslər başlayanda əlimdəki bütün elmi işlərimi kənara qoyub, Qarabağla bağlı bizim haqlı mövqeyimizi təbliğ etmək üçün bir sıra məqalələr hazırladım. Bu məqalələrdən birincisini rəhmətlik Nəcəf Nəcəfov “Azərbaycan” qəzetində çap eləmişdi. Bu məqalə Azərbaycanda böyük rezonans doğurdu. Ondan başqa da arxiv sənədləri əsasında indiyədək geniş ictimaiyyətə məlum olmayan bəzi həqiqətlər barədə bir naçə məqalə hazırlamışdım. Nəcəf bəy “Azadlıq” qəzeti yeni yarananda məni dəvət etdi ki, bu qəzetin siyasi icmalçısı olum. Eyni zamanda Xalq Cəbhəsinin tədbirlərinə qatılırdım, bütün mitinqlərdə iştirak edirdim.   

- Deyirlər, əsgərlikdə adətən yeni gələni sındırmağa çalışırlar. Belə şeylər sizə qarşı da olubmu?

- Əslinə qalsa, mən əsgərliyə getməyə də bilərdim. Çünki institutu qırmızı diplomla bitirmişdim. Bu isə mənə birbaşa aspiranturaya qəbul olunmağa imkan verirdi. Amma aspiranturaya qəbul olunmaq üçün cəmi bir yer var idi, o da partiya tarixinə dair idi. Mən bundan imtina etdim. Dedim mən partiya tarixi ilə məşgul olmaq istəmirəm. Halbuki bu, əlverişli imkanlar yaradan bir təklif idi.
Əsgərliyə getməmək üçün ikinci fürsət də olub. İnstitutda mənə bildirdilər ki, Murmansk şəhərinin Ali Akademiyasının Hüquq fakültəsinin ikinci kursuna daxil olmaq üçün bir yer verilib. Bu da məni əsgərlikdən saxlayan bir təklif idi. Həm də böyük imkanlar açırdı. Bu halda mən həm tarixçi, həm də cəmi iki il oxumaqla hüquqşünas diplomu alacaqdım. Bu, böyük bir fürsət idi. Mən bundan da imtina etdim. Dedim ki, mənim arzum tarixçi olmaqdır. Və getdim əsgərliyə. Ukraynanın Dnepropetrovsk vilayətində hərbi xidmətdə olmuşam. Yeni gedəndə mənə qarşı da belə bir hal oldu, layiqli cavabını verdim. Həmin hərbi hissədə Şimali Qafqazdan 30-a yaxın əsgər var idi. Çeçenlər, Dağıstan xalqlarından... Onlar gördülər ki, mən belə halla rastlaşanda geri çəkilmirəm, dedilər ki, narahat olma, sənə qarşı bir şey olsa, biz burda varıq. Ondan sonra rota komandiri də məni çağırdı, dedi, sən bura dava etməyə gəlibsən, yoxsa xidmət etməyə. Mən dedim xidmət etmək üçün gəlmişəm, ancaq hazsızlıga da dözmək fikrim yoxdur. O dedi ki, mən səni bu bölmənin komandiri təyin edirəm. Yəni əsgərliyə getdiyim cəmi bir həftə idi, mən bölmə komandiri təyin olundum.

- Müstəqillik hərəkatında iştirak etsəniz də, Heydər Əliyev hakimiyyətə gələnədək heç bir dövlət vəzifəsində təmsil olunmamısınız. Buna səbəb nə idi?

- Təəssüflər olsun ki, Azərbaycanda vəzifəpərəstlik çox güclüdür. Bizdə hansısa vəzifədən imtina edən və ya istefa verən insanları təəccüblə qarşılayırlar. Azərbaycanda Qarabağ münaqişəsi başlayandan sonra bütün hakimiyyətlər mənə vəzifə təklif etmişdilər. Özü də konkret vəzifələr. Mən bir neşə misal çəkirəm. O adamlar da hazırda sağdır. Məni bir dəfə Tamerlan Qarayev yanına dəvət etdi, dedi ki, prezident Ayaz Mütəllibov özünə milli məsələlər üzrə müşavir təyin etmək istəyir. Sənin namizədliyin nəzərdə tutulub və biz sabah bir yerdə onun yanına getməliyik. Mən dedim minnətdarlığımı bildirərəm. Ancaq heç bir dövlət vəzifəsində çalışmaq istəmirəm. Qarabağ məsələsiylə bağlı nə kömək lazım olsa, əlimdən gələni edərəm.
Həqiqətən də mən bütün hakimiyyətlərin dövründə bunu etmisdim. Bütün tədbirlərdə iştirak edirdim. Yeltsinlə Nazarbayev Qarabağa uçanda onları müşaiyət etmişəm. Heç bir vəzifədə olmaya-olmaya. Yaqub müəllim də bir neçə ay Azərbaycana pəhbərlik edəndə onunla Qarabağ danışıqlarında iştirak etmək üçün İrana uçmuşam. Yəni hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əlimdən gələn köməyi edirdim.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanda Xarici Əlaqələr Nazirliyi var idi. Ordan zəng etdilər ki, Eldar müəllim, biz çox şad olduq, burda kollegiyada elan etdilər ki, siz gəlirsiniz nazırliyə. Onda mən təcili zəng vurdum Prezident Aparatına. İsa Qəmbərlə əlaqə yaratdım. Bildirdim ki, İsa bəy, bəs mənə belə bir xəbər çatdırıblar. Amma mənim bu məsələyə heç bir razılığım alınmayıb. Xahiş edirəm bunu nəzərə alasınız. O dedi ki, axı mənə deyiblər ki, sizin razılığınız alınıb? Bildirdim ki, ona səhv məlumat veriblər...
Firudin bəy Cəlilov də mənə zəng edib, dedi ki, parlamentin yanında Strateji Araşdırmalar mərkəzi yaradılır. Rəhbərliyə sizin namizədliyiniz irəli sürülüb. Ondan da imtina etdim.
Yəni belə hallar dəfələrlə olub. 1988-93-cü illər arasnda mənə 5-6 dəfə vəzifə təklif olunub. İmtina etmişəm. Çünki mən müstəqil fəaliyyət göstərmək istəyidim. Özümün mərkəzim var idi. Müstəqil mərkəz idi. Orada Tofuq Zülfüqarov, politoloq Leyla xanım Əliyeva ilə çalışırdıq. Bundan əlavə elmlə məşğul olurdum. Bu da məni qane edirdi.  

- Bəs necə oldu ki, Heydər Əliyevin komandasında təmsil olundunuz?

-
Heydər Əliyev hakimiyyətə gələndən sonra da mən vəzifəyə gəlməyə əvvəlcə razılıq vermədim. Məni 1993-cü ildə Lalə Şövkət Hacıyeva dəvət etdi Prezident Aparatına. Dedi ki, Heydər Əliyeviçlə biz qərara gəlmişik ki, səni bizim komandmıza daxil edək. Amma təkliflərimiz fərqlidir. Heydər Əliyev istəyir sən onun köməkçisi olasan, mən isə daxili siyasət üzrə dövlət müşaviri vəzifəsini təklif edirəm. Mən dedim, mən bu fəzifələrdə çalışa bilmərəm. Ona görə ki, bu çox böyük bir məsuliyyətdir. Mən hec vaxt dövlət orqanında işləməmişəm. Təcrübəm yoxdur. Lalə xanım mənim yanımda zəng elədi Heydər Əliyevə dedi ki, bəs Eldar Namazov oturub mənim yanımda, mən hər iki vəzifəni təklif etdim, o imtina edir. Onda Heydər Əliyev dedi ki, qoy qalxsın mənim yanıma. Mən qalxdım Heydər Əliyevin yanıma. Heydər Əliyev çox güclü psixoloq idi. Hər bir insanla hansı dildə danışmağı bilirdi. Ona görə mən kabinetə girən kimi onun birinci sözü o oldu ki, sən niyə bizə kömək etmək istəmirsən? Ölkədə vəziyyət belədir, ordan ermənilər hücum edir, burdan ölkənin daxilində vəziyyət qarışıqdır. Mən ona dedim ki, mən sizə kömək etməkdən boyun qaçırmıram, amma bu vəzifənin məsuliyyətini anladığım üçün imtina edirəm. Onda Heydər Əliyev zəng elədi Lalə Şövkət Hacıyevaya dedi, bizdə aparatda daha hansı vəzifələr, boşdur daha aşağı vəzifələr. Onda Lalə xanım ona başladı telefonda sadalamağa ki, hansı vəzifələr boşdur. O da telefonda sadalayırdı, filan şöbənin müdiri, Heydər Əliyev də mənə deyirdi, filan şöbənin müdiri, mən deyirdim ki, yox mənlik deyil. Axırda dedi analitik xidmətin rəhbəri, mən dedim, bəli, bu is mənim indi çalışdığım işə uyğundur. Dedim bu vəzifədə işləyərəm, əgər işim sizi qane etsə, sonradan hansısa bir vəzifəyə məsləhət bilsəniz, keçirərsiniz. Ondan sonra bir necə ay keçdi, Heydər Əliyev çağırdı məni yanına, dedi bilirsən nə var, mən indi neçə il gözləməliyəm ki, sən təcrübə yığasan? Sabahdan səni köməkçi vəzifəsinə təyin edirəm. Bax belə oldu mənim o vəzifəyə təyin olunmağım.
Mən bunları ona görə danışıram ki, mən vəzifəyə çox ciddi yanaşıram. Hesab edirəm ki, vəzifəyə keçməzdən əvvəl insan gərək əmin olsun ki, hansı komandayla çalışacaq, hansı siyasət yürüdələcək. Mənim xasiyyətimdə belə şeylər olduğuma görə hamıya məlum olan həmin o anda ki,  aparılan siyasətlə fikir ayrılığım oldu, mən şox rahatlıqla vəzifəmdən istefa verdim.

- İstefanızın səbəbləri barədə həmişə üstüörtülü danışmısınız. Yeni bir şey deyə bilərsinizmi bu barədə?

- İstefanın səbəbi dövlətçilik işləriylə bağlı idi. Mən daha çox dövlətçiliyə bağlı insanam, nəinki siyasətlə. Siyasətçiylə dövlətçinin arasında bir balaca fərq var. Siyasətçi daha çox reytinq, səs toplamaq, uğur qazanmaq haqqında, dövlətçi isə daha çox öz dövlətinin taleyi haqda, dövlətə xeyir vermək haqqında düşünür. Əgər mən bu məsələyə siyasətçi kimi yanaşsaydım, istefamın səhərisi günü mətbuata çıxıb saatlarla danışardım. Ancaq mən bu məsələyə dövlətçi kimi yanaşdığım üçün bu barədə susmağa üstünlük verdim.
Amma siz indi konkret sual verdiyiniz üçün bu günə kimi mətbuata acıqlamadığım bir məsələni sizə deyə bilərəm.
Hamıya bəllidir ki, biz 1999 -cu ilin fevral ayında istefa vermişik. Ancaq mən istefa ərizəmi ondan doqquz ay öncə, 1998-ci ilin əvvəlllərində yazmışam. O vaxt nə Vəfa müəllimin, nə Tofiq müəllimin istefa məsələsi yox idi. Mən nəinki istefa ərizəsini yazmışdım, rəhbərlik etdiyim katibliyin işçilərini dəvət edib onlara bu haqda demişəm və onlarla da xudahafizləşmişəm. Sadəcə olaraq mənim ərizəmi təqdim edəcəyim gün Heydər Əliyev işə çıxmadı. Bir neşə saat keçəndən sonda bəlli oldu ki, o ağır xəstələnib və sonra da Gülhanəyə müalicəyə getməli oldu. Mən onda öz işçilərimi yenidən yığdım onlara bu məlumatı verdim. Dedim mən belə bir şəraitdə istefa versəm, bu düzgün anlaşılmaz. Ondan sonra Heydər Əliyev müalicəsini kecdi, qayıtdı, işini bərpa edəndən bir neçə ay sonra artıq mən həmin o istefa ərizəmi təqdim etdim.

- Vəzifəyə iddialı deyilsiniz. Tarixdə qalmağa necə?

- Mən istəyirəm tarixə mənim xalqım düşsün. Mən istəyirəm bizim cəmiyyət elə yetişsin ki, heç bir məsələdə lider axtarmasın. Hər bir vətəndaş lider kimi yetişsin. Yadınızdadırsa, bir müddət bundan öncə mətbuata bildirmişdim ki, bundan sonrakı fəaliyyətimi vətəndaş cəmiyyətinin inkişafı, ziyalıların fəallaşması istiqamətində quracam. Gördüyünüz kimi son aylar bu istiqamətdə müəyyən irəliləyişlər hiss olunur.

Qızılgül Abdinova

***
Digər məqalələr:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
http://modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
http://modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
http://modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
http://modern.az/articles/20469/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14