Arxiv
18 Oktyabr 2015, 09:29 | MƏDƏNİYYƏT
“Dərviş Parisi partladır”ın KADRARXASI: Ənvər Həsənov filmdəki Şərəfnisəyə gerçəkdən aşiq olub

Modern.az saytı “Kadrarxası” layihəsinin təqdimatına davam edir. Budəfəki qonağımız əməkdar artist Ənvər Həsənovla birlikdə 39 illik tarixi olan “Dərviş Parisi partladır” filmindən bəhs edirik. Bu ekran əsəri görkəmli aktyorun həm də öz yarını tapdığı film kimi onun yaddaşına və tarixə əbədi həkk olub. Aktyor uzun illər keçməsinə baxmayaraq, xatırladığı məqamları bizimlə bölüşür.

Arayış: Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakı şəhərində  anadan olub. 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olan Ə.Həsənov oranı 1969-cu ildə bitirib. 1969-1973-cü illərdə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.

1976-cı ildə ekranlaşdırılan “Dərviş Parisi partladır” filmi Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” klassik komediyası əsasında lentə alınıb.
Qarabağın XIX əsrin ortalarındakı tarixindən bəhs edən filmdə fransız botanik müsyö Jordanın Azərbaycana gəlişi, ölkəmizin təbiətinə, bitkilərinə, insanların qonaqpərvərliyinə vurğunluğu əks olunur. Müsyö Jordan Hətəmxan ağanın evində qonaqa qalarkən tanış olduğu Şahbaz bəyin dünyagörüşünü artırması üçün özü ilə Fransaya aparmaq qərarına gəlir. Gələcək qayınanası Şəhrəbanu xanım kürəkənin gedişinə mane olmaq üçün Dərvişə xəbər yollayır, cadu etdirməklə Şahbaz bəyi yolundan döndərəcəyinə inanır. Qohum-əqrəbanın öz aləmində Şahbazın gedişinə “mane” olması hadisələrin kuliminasiya nöqtəsi olur. Belə ki, Dərvişin çıxardığı hoqqa ilə müsyö Jordana məmləkətində inqilab baş verməsi xəbərinin verilməsi üst-üstə düşür. Şəhrəbanu xanım və yanındakılar Dərvişin doğrudan da Parisi partlatdığıına inanırlar...

Filmin quruluşçu rejissorları Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov, quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, quruluşçu rəssamı Nadir Zeynalov, bəstəkarı Tofiq Quliyev, filmin direktoru Nazim Ələkbərovdur.

Rollarda Sergey Yurski, Adil isgəndərov, Mirzə Babayev, Leyla Bədirbəyli, Ənvər Həsənov, Mömünat Qurbanova, Həsənağa Turabov, Səfurə İbrahimova, Fazil Salayev və başqaları çəkilib.

Nə yaxşı o filmlər çəkilib...



Sevimli aktyorumuz ilk olaraq filmə gəlişilə bağlı maraqlı məqamları xatırlayır.

Ənvər Həsənov: “Xəbər çatdı ki, filmin rejissorları Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminin çəkilişinə başlayır. Təxminən 2-3 gün keçəndən sonra məni də filmə dəvət etdilər. Bildiyiniz kimi o vaxt aktyorlar arasında böyük seçimlər təşkil edilirdi. Aktyorları yığırdılar, “Xudsovet” onları təsdiq edirdi və yalnız bundan sonra filmin çəkilişləri başlayırdı.

Mən də sınaq çəkilişlərində iştirak etdim. Bədii şura məni bəyəndi. Filmə təsdiq olundum və beləcə çəkilişlər başladı. Demək olar ki, iş fəaliyyətim ərəfəsində ən gözəl yaradıcı heyət bu qrupda idi. Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov, Ziyafət Abbasov, Zaur Məhərrəmov, Nadir Zeynalov və başqaları ilə birgə çox gözəl yaradıcı heyət qurulmuşdu. Filmin uğurlu alınması üçün aktyor seçiminin çox böyük önəmini vurğulamaq yerinə düşərdi. Çünki, filmin taleyini aktyor heyəti həll edir. Aktyor və yaradıcı heyətin birliyi isə uğurlu işin ərsəyə gəlməsinə səbəb olur.

Bu filmdə Adil İsgəndərov, Leyla Bədirbəyli, Səfurə İbrahimova, Həsənağa Turabov, Mirzə Babayev, Fazil Salayev, Mömünat Qurbanova kimi Azərbaycanın ustad sənətkarları, eyni zamanda SSRİ-nin ən istedadlı aktyorlarından Sergey Yurski çəkilib. Onlara olan hörmət və  məhəbbət illər keçsə belə, qalacaq.

Bu gün filmə baxanda düşünürəm ki, nə yaxşı ki, o aktyor heyəti vardı, nə yaxşı ki, o filmlər çəkilib və nə yaxşı mən onlarla tərəf müqabili olmuşam. Bu gün məhz həmin filmlər sayəsində gözəl sənətkarlaımız xatırlanır”.



Turabov  yazırdı, Yurski əzbərləyirdi...

Əməkdar artist müsyö Jordan obrazına ruh verən istedadlı aktyor Sergey Yurski barədə danışarkən onun müsbət keyfiyyətli biri olduğunu qeyd edir.

Ənvər Həsənov: “Düşünürəm ki, o, müsyö Jordan obrazını çox gözəl yaradıb. Hər bir obrazın özünəməxsus xüsusiyyəti var. Düzdür Azərbaycanda bu rolu yarada biləcək aktyorlarımız vardı. Amma müsyö Jordan Fransadan gələn biri olduğu üçün obraz daha keyfiyyətli və inandırıcı olsun deyə, Yurskini dəvət etmişdilər. Nəzərinizə çatdırım ki, bu rol üçün sınaq çəkilişlərinə dəvət olunanlar həddən artıq idi. Yurski bu obraza çox gözəl, həssaslıqla yanaşırdı.

Beləliklə, sınaq çəkilişlərində uğurla çıxış edib obrazla ahəngdarlıq təşkil edən Yurski filmdə oynamaq üçün təsdiq olundu. Film boyu cərəyan edən hadisələr müsyö Jordanın Azərbaycana gəlməsi ilə başlayır. Xaricinin ölkəmizlə, insanlarla, təbiətlə olan münasibəti və s. bu obrazın timsalında təcəssüm tapır.  Hesab edirəm ki, Yurskinin filmdəki obrazı çox uğurlu alınıb. Müsyö Jordanı Yurski özü səsləndirirdi. Yeri gəldikcə azərbaycanca, fransızca danışırdı. Məsələ burasındadır ki, rəhmətlik aktyor Həsənağa Turabov onun mətnini kiril əlifbası ilə yazırdı, o da əzbərləyib deyirdi. Hətta filmdəki musiqini də özü səsləndirirdi.

Dərviş rolunu yaradan Mirzə Babayev çox sevdiyim müğənnilərdən biri idi. Həm şən, zarafatcıl, həm də gözəl insan idi. Mən onun özünə də, oxuduğu mahnılara da pərəstiş edirdim. Hesab edirəm ki, dərviş rolu əsl onun üçün idi. Bu rola uyğun olduğu üçün rejissorlar filmə dəvət etmişdilər. Heç tərəddüdsüz, heç bir çətinlik olmadan da rolunun öhdəsindən gəlməyi bacarmışdı”.



Aktyor tərəf müqabili axtardığı yerdə özünə yar tapır...

Müsahibimiz nəinki, Şahbaz rolunu yaradıb, o həm də assistent kimi filmin yaradıcı heyətindən yardımlarını əsirgəməyib.

Ənvər Həsənov: “Mən öz rolum olmayan səhnələr çəkiləndə də  pavilyonda olurdum.  Filmin çəkilişi standartlara uyğun olaraq həyata keçirilirdi. Bildiyiniz kimi filmlərin hər birinə uyğun olaraq vaxt müəyyənləşdirilirdi. Çəkiliş prosesinin ağırlığından asılı olaraq hər film üçün nəzərədə tutulmuş çəkiliş dövrü var idi. İki ay rejissor işinə, 3 ay hazırlıq, 3 ay da çəkiliş dövrünə ayrılırdı. Çəkilişlərdən sonra 2 ay müddətinə səsyazma, musiqilərin yazılması və s. həyata keçirilirdi. Biz filmi hətta verilən vaxtdan da tez çəkdik.
Hesab edirəm ki, çox gözəl film ərsəyə gəlib. Obyektlər, aktyorlar, məkanlar çox gözəl seçilmişdi”.

Sənətkar film üçün seçilən məkanlardan da söhbət açır:

“Film konkret olaraq Qarabağda, Şamaxıda ekranlaşdırılıb. Şamaxının o qədər gözəl təbiəti var ki, orada təxminən 17-ə qədər film çəkilib. Hətəmxan ağanın qonaqlarına atları nümayiş etdirdiyi, müsyo Jordanın “İldırım”ı (Şahbazın atı) görmək istədiyi yer Şamaxıda lentə alınmışdı. Mən o vaxt idmanla məşğul idim. At sürməyi çox sevirdim. Həm də atla bağlı səhnələrə çəkildiyim üçün bu mənə filmlərdə də lazım gəlirdi. Filmdəki atlar da ippodromdan gətirilmiş atlar idi. Şahbazın “İldırım”ı əslində mənim ippodromda sürüdüyüm “Trapesiya” adlı at idi.

Atlarla bağlı heç bir problem olmurdu. Çünki, ippodromdan gətirilən zaman onlarla birlikdə nümayəndə də gəlirdi. Hansı ki, onlar atları bizim üçün yəhərləyir, təmizləyirlər, yemləyirlər, onlara qulluq edirdilər. Atlarla gələn iki-üç nəfər hər zaman bizim yanımızda olurdu.

Şahbazın gedşini əngəlləmək üçün Dərvişin həyata keçirdiyi partlayış kinostudiyanın pavilyonunda ekranlaşdırılıb. Ölkəsində inqilab baş verdiyi xəbərini alan müsyönün ürəyinin getdiyi yer isə Mərdəkanda “Yesenin”də lentə alınıb. Müsyö Jordanın məktubu oxuduğu, ürəyi getdiyi, insanların onun başına toplaşdığı yer azərbaycanlı milyonçunun evinin önü idi. Partlayış hadisəsi pirotexniklərin, rəssamların köməkliyilə həyata keçirilmişdi, əvvəlcədən quraşdırılmış, hazırlanmış səhnə idi.

Qızların, Şahbazın, eləcə də Hətəmxan ağanın maraqla baxdığı, içində şəkillər olan aparat rəssam tərəfindən verilmiş eskiz əsasında kinostudiya tərəfindən hazırlanmışdı. Filmdən də gördüyünüz kimi aparat çox gözəl düzəldilmişdi”.


Müsyö Jordan kimi Yurski də Azərbaycana valeh olmuşdu

Ənvər Həsənov: “Şahbazın “Firəngistan”a yola salındığı səhnəni kinostudiyanın pavilyonunda çəkmişdik. Kadr üçün lazım olan obyekt tikilmişdi. Həmin obyektdə də çəkilişlər aparılırdı.

Düşünürəm ki, aktyor hər şeyi bilməlidir.Mən kinostudiyada ola-ola idmanla da məşğul olurdum. Hətta 6-7 idman dərəcəsi də almışdım. Sonra tale elə gətirmişdi ki, institutda oxuyanda bizim Əlikram müəllim “Qobustan” rəqs ansamblını yaratmışdı. 3 il ərzində “Qobustan”da məşq etdim, rəqslərə getdim.  Bu ansambl 1971-ci ildə Bakıda 1-ci yer tutdu. Bununla bahəm Moskvadakı dekada da iştirak etmək üçün rəqs qrupumuzu dəvət etmişdilər. Demək istədiyim, mən artıq püxtələşmişdim,  rəqs təcrübəm vardı. Ona görə “Dərviş Parisi partladır”da rəqslə bağlı hər hansı çətinliyim olmadı.

Müsyö Jordanla Şahbaz bəyin otlarla tanışlığı kəklikotu, yarpızla bağlı fikirləri olan səhnə Şamaxıda lentə alınıb. Həmin səhnədə rəhmətlik Kamil də vardı. Yurski obrazı yaradarkən, sanki həm də özünü oynayırdı. Çünki, doğurdan da vətənimizin təbiəti onun üçün maraqlı idi. Yurski Azərbaycana vurulmuşdu. Həm də bizim ölkəyə vurulmamaq olarmı? Azərbaycanın gözəl məkanları, kəndləri, meşələri, füsunkar təbiəti, ağacları, ətirli bitkiləri, dağları, buz bulaqları onu valeh etmişdi. Digər tərəfdən azərbaycanlıların qonaqpərvərliyi də onun diqqət mərkəzində idi. Həmçinin milli xörəklərimizi çox sevmişdi”.

Ənvər Həsənov filmdəki Şərəfnisəyə vurulur



Avtomobil qəzası böyük məhəbbətlə başlayan segvinin sonu olur...

Ənvər Həsənov: “Mənim tərəf müqabilim Şərəfnisəni Mömünat Qurbanova oynayırdı. Mömünat xanım Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Məsələ burasındadır ki, Şahbazın sevgilisi rolunu oynamaq üçün xanım axtarırdıq. Rejissorlar məndən də xahiş etmişdilər ki, həmin axtarışlarda iştirak edim, özümə, rola uyğun tərəf müqabili seçim. Yoldaşlarla birgə Azərbaycan Dövlət İncəsənət İnstitutuna getdik, kursları gəzdik. Rola uyğun birini axtarmağa başladıq. Nədənsə Mömünata ilk baxışdan hiss etdim ki, rola uyğundur. Və bizim bir yerdə çəkilməyimiz gözəl vəhdət ola bilər. Mömünatı dəvət etdik, kinostudiyaya gəldi və məşq etdik. Bizim cütlüyümüz doğurdan da hamı tərəfdən maraqla qarşılandı.

Münasibətlərimiz çox yaxşı idi. Tale elə gətirdi ki, filmdəki sevgi real həyatda da baş verdi. Biz bir-birimizi çox sevdik. Filmdən sonra nişanlandıq, ailə həyatı qurduq.

O, institutu bitirdi, amma fəaliyyətini aktrisa kimi davam etdirmədi.  Mən özüm də bunu istəmədim. Çünki, bu sənətin ağırlığını bilirdim, bu yolda başıma o qədər bəlalar gəlib ki... Hər insan bu ağırlığa tab gətirə bilməzdi. İstəmirdim o da əziyyət çəksin. Bütün bunları götür-qoy edərək onun bu sənətin arxasınca getməsinə icazə verməmişdim. O,  İncəsənət İnstitutunda çalışmağa başladı. Şöbə müdiri, elmi işçi kimi fəaliyyətini davam etdirdi.
32 illik ömür-gün yoldaşı olduq... Zamansız faciə nəticəsində onu itirdim..”.

Onların birgə xatırlandığı üç film



Ə.Həsənov deyir ki, sevdiyi qadınla cəmi üç filmdə tərəf müqabili olub. Kim bilir, sonun belə olacağını bilsəydilər, bəlkə də daha çox filmlərdə çəkilərdilər...

Ənvər Həsənov: “Əbdül Mahmudovla Həsənağa Turabov “Qaçaq Nəbi” filmini çəkirdilər. Mən filmdə Sirac obrazına təsdiq olunmuşdum. Amma nədənsə Həcər obrazına uyğun aktrisa tapa bilmirdilər. Baxmayaraq ki, o vaxt kifayət qədər gözəl aktrisalarımız vardı. Bir də gördüm hər ikisi mənə dedilər ki, “icazə ver, Mömünat xanımı Həcər roluna çəkək, sınaq olmayacaq”. Mömünat xanımda Həcərə məxsus çılğınlıq, gözəllik vardı. O vaxt qızımızın hardasa 3 yaşı olardı. Mahmudovla Turabova uşağın kiçik olduğunu xatırladanda “problem deyil” deyib mənə etiraz etdilər. Dedilər ki, “uşağı da gətirərəsən. Hər şey yaxşı olacaq”.
Nə isə razılıq verdim. Bir yerdə çəkildik. Mömünat doğurdan da Həcər idi. O filmdə də yaraşıqlı, gözəl, at sürməyi bilən, Həcərə layiq bir obraz yaratdı. Bir də 1995-ci ildə ”Sonuncu döyüş” filmində bir yerdə çəkilmişik. Həmin filmdə də onu təkid etdim ki, bir yerdə çəkilək. Biz ümumilikdə 3 filmdə “Dərviş Parisi partladır”, Qaçaq Nəbi” və “Sonuncu döyüş” filmində tərəf müqabili olmuşuq. Birgəliyimiz bu filmlərlə xatirələrə köçürülüb. Çox sevinirəm ki, o filmlərə birlikdə çəkilmişik. Bizdən sonrakı nəsil, qohum-əqraba, dostlarım, nəvələrim o filmlərdə bizi birgə görür...”.



Gülşən RAUFQIZI

****

Həmçinin oxu:

“Ögey ana”nın KADRARXASI - “Çaya yıxılandan sonra Ceyhun Mirzəyevlə ikimiz də xəstələndik”
http://modern.az/articles/84253/1/

"Xoşbəxtlik qayğıları”nın KADRARXASI: “Rasim Balayev rejissorun göstərişi ilə o oğlanı gerçəkdən vurdu, aləm qarışdı"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 09:20 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15 Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA 27 Oktyabr 2020, 22:07 Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO 27 Oktyabr 2020, 21:50 Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi 27 Oktyabr 2020, 21:42 Türkiyədən Bərdə bəyanatı 27 Oktyabr 2020, 21:31 Teledərslərin sabaha olan CƏDVƏLİ 27 Oktyabr 2020, 21:24 “Ermənistan hökuməti PKK terrorçularını Şuşaya yerləşdirib” 27 Oktyabr 2020, 21:10 Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarıldı 27 Oktyabr 2020, 20:59