Tehran Suriya böhranından çıxış yollarını müzakirə etmək üçün Türkiyə, İran və Rusiya nümayəndələrinin üçtərəfli görüşünün təşkilini təklif edir.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu təkliflə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
Ötən gün M.C.Zərif Ankarada Türkiyə prezidenti, baş naziri və xarici işlər naziri ilə müzakirələr aparıb.
Danışıqlar zamanı hər iki tərəf siyasi əməkdaşlığı möhkəmləndirməyi qərara alıblar.
Tərəflər bəyan ediblər ki, Suriyada vəhdətin saxlanılması və kürd separatçı hərəkatı ilə mübarizə Ankara və Tehran üçün önəm təşkil edir.
Bir neçə həftədən sonra prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin mümkünlüyü bildirilib.
Modern.az