Modern.az

Sabahın hava PROQNOZU: Azərbaycanda 42 dərəcə isti olacaq

Sabahın hava PROQNOZU: Azərbaycanda 42 dərəcə isti olacaq

Aktual

13 Avqust 2016, 12:51

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometereologiya Departamentindən Modern.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

 

 Havanın temperaturu gecə  24-27° isti, gündüz  34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

 

 Atmosfer  təzyiqi 758 mm  civə sütunu təşkil edəcək.

 

 Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.     

          

 Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  29-30° isti olacağı gözlənilir.

 

 Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,  dağlarda gecə 16-21° isti, gündüz   28-33° isti olacağı g&¨zlənilir. 

 

Modern.az

¨

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı