Modern.az

Azərbaycan-Gürcüstan sərhəddində süni sıxlığa qarşı ETİRAZ - FOTOLAR  

Azərbaycan-Gürcüstan sərhəddində süni sıxlığa qarşı ETİRAZ - FOTOLAR  

Aktual

13 Avqust 2016, 13:46

“Hal-hazırda Gürcüstan-Azərbaycan sərhəddində, Sınıq Körpüdə gecikdirmə və dəhşətli süni sıxlıq yaradılıb.

 

Bu barədə Modern.az-a Gürcüstan-Azərbaycan sərhədinə yaxın kəndlərində yaşayan azərbaycanlılar məlumat veriblər.

 

Onlar bildiriblər ki, yaranan bu  sıxlıq süni şəkildə edilib:

 

“Biz tərəfdən onlara keçəndə adamın 1-ni 30-40 dəqiqəyə keçirirlərsə, Gürcüstan tərəfdə bunu 4 dəqiqəyə edirlər. Həqiqətən də süni və dəhşətli insan sıxlığı yaranıb”.

 

Ətraf ərazilərdə yaşayan azərbaycanlılar vəziyyətlə bağlı səhərdən sərhədi keçmək istəyənlərin artıq aksiyaya başladıqlarını bildiriblər:

 

“Vəziyyət o həddə çatıb ki, sərhəddəki gözləyən azərbaycanlılar buna görə səhərdən etiraz aksiyası keçirirlər. Akisya səhər tezdən başlayıb və hazırda davam edir”.

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı