Modern.az

Avtomobili sərxoş halda idarə edən nazir istefa verdi

Avtomobili sərxoş halda idarə edən nazir istefa verdi

Aktual

13 Avqust 2016, 16:06

Avtomobili içkili vəziyyətdə idarə edərkən yaxalanan İsveçin gimnaziya işləri üzrə naziri Aida Xadzilaliç postundan istefa verdiyini elan edib.

 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, nazir avqustun 11-də gündüz saatlarında iki bokal ağ, bir bokal qırmızı şərab içəndən sonra sükan arxasında oturub.

 

 

Naziri Kopenhagendən Malmöyə gedərkən polis nəzarətçiləri tərəfindən saxlanılıb. Müayinə zamanı onun orqanizmində 0,2 promil alkoqol olduğu aşkarlanıb.

 

 

Bu gün mətbuat konfransı təşkil edən nazir postundan istefaya getdiyini açıqlayıb.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!