Modern.az

İran Türkiyə ilə bağlı qadağanı aradan götürdü

İran Türkiyə ilə bağlı qadağanı aradan götürdü

Aktual

13 Avqust 2016, 16:58

İran Türkiyəyə turist səyahətlərinə olan qadağanı ləğv edib.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kasemi məlumat verib.

 

"Türkiyə tərəfinin İrandan turist səfərlərinin bərpası ilə bağlı istəyini və Türkiyənin bu məsələdəki marağını nəzərə alaraq,

Türkiyə tərəfinin öhdəsinə düşən bütün lazımi öhdəlikləri yerinə yetirməsi şərti ilə İran bu ölkəyə turist səyahətlərinə tətbiq edilən qadağanı aradan götürür".

 

Qeyd edək ki, İran iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə hava əlaqəsini kəsmişdi.

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı