Rio-de-Janeyroda keçirilən Olimpiadada kişilərin futbol yarışı başa çatıb.
Modern.az xəbər verir ki, finalda Braziliya və Almaniya milliləri qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılaraq qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib. Burada daha dəqiq olan meydan sahibləri 5:4 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Braziliya - Almaniya - 1:1 (Penaltilər - 5:4)