Modern.az

İki güləşçimiz Olimpiadanın yarımfinalına çıxdı

İki güləşçimiz Olimpiadanın yarımfinalına çıxdı

Aktual

21 Avqust 2016, 17:34

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov da qoşulub.

Modern.az xəbər verir ki, Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

London Olimpiadasının qalibi Toğrul Əsgərov dörddəbir finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

Bu gün daha bir sərbəst güləşçimiz - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov da medal uğrunda mübarizəyə qoşulub.

X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra o, səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.
Azərbaycan güləşçisinin 1/4 final mərhələsində rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. X. Qazyumov 12:3 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı