Modern.az

Toğrul Əsgərov gümüş medal qazandı

Toğrul Əsgərov gümüş medal qazandı

Aktual

21 Avqust 2016, 21:31

“Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləşçimiz, 65 kiloqram çəki dərəcəsində yarışan Toğrul Əsgərov final döyüşündə məğlub olub. Rusiya idmançısı  Soslan Ramonova 0:11 hesabı ilə məğlub olan Toğrul Əsgərov gümüş medal qazanıb.

 

17:57

 

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləşçimiz, 65 kiloqram çəki dərəcəsində yarışan Toğrul Əsgərov mükafat uğrunda yarışa qoşulub.

Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

Toğrul Əsgərov dörddəbir finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

Toğrul Əsgərov yarımfinalda italiyalı Frank Markez Kazimoya 7-4 hesabı ilə qalib gələrək finala yüksəlib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı