Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Firdovsi Məlikov azyaşlı övladı ilə birlikdə yol qəzasina düşərək dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, bu barədə mərhumun dostlari sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, hadisə Cəlilabad-Cəngan yolunda baş verib.
Firdovsi Məlikovun həyat yoldaşı isə ağır yaralanıb.
Qeyd edək ki, Firdovsi Məlikov AXCP Ali Məclisinin üzvü Anar Məlikovun qardaşıdır.
Modern.az