Modern.az

Rio Olimpiadasının bağlanış mərasimi keçirilib

Rio Olimpiadasının bağlanış mərasimi keçirilib

Aktual

22 Avqust 2016, 09:42

Avqustun 22-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax XXXI Yay Olimpiya Oyunlarını bağlı elan edib.
 
Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb.

17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar.

5-21 avqust tarixlərində keçirilən yarışlarda Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Rio Olimpiadasında Azərbaycan idmançıları 18 medal qazanıblar:1 qızıl, 7 gümüş və 10 bürünc medal.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı