Modern.az

Məcburi köçkünlər üçün səyyar qəbul keçirildi

Məcburi köçkünlər üçün səyyar qəbul keçirildi

Aktual

22 Avqust 2016, 10:31

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevib növbəti səyyar-qəbul görüşü füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan və İmişli rayonlarında keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak edib.

Alı Alıyev bildirib ki, bu cür görüşlər ölkə başçısı İlham Əliyevin tapşırıqlarını uyğun olaraq mütəmadi olaraq keçirilir.Alı Alıyev qeyd edib ki, vətəndaşların problemlərinin həlli ilk növbədə onların sosial- məişət qayğılarını yerində öyrənmək, hər bir vətəndaşın irəli sürdüyü məsələni, etdiyi müraciəti diqqətlə araşdımqdan ibarətdir.


Görüşdə Beyləqan və İmişli rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.


Görüş zamanı çıxış edənlər məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdalıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlra, öz ata-baba yurdlarına  qayıtmaqdır.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı