Avstraliya baş naziri Malkolm Ternbol bir dilənçiyə 5 Avstraliya dolları verməsi sosial şəbəklərdə müzakirə mövzusu olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ternbol, Melburnda cümə axşamı günü tədbirdən öncə yolda duraraq salamlaşdığı dilənçiyə 5 Avstraliya dolları verib. Onun bu hərəkəti sosial şəbəkə müzakirələrə səbəb olub.
Bir çox adam çoxlu pulun içindən 5 dollar çıxaran və varlı adama Ternbolu xəsislikdə günahlandırıb.
Bir qisim insan isə Baş naziri dilənçilərə pul verdiyi üçün tənqid edib. Melburn bələdiyyə sədri Robert Doyl, dilənçilərə pul verməyin narkotik vasitə aludəçiliyini artırdığını və yoxsulluğu daimi bir vəziyyətə gətirdiyini bildirərək “baş nazir bir yardım qurumuna pul verməliydi”- deyib.
Bəzi insanlar da baş naziri “şou göstərməkdə” günahlandırıb.
Bütün bu deyilənlərə Ternball cavab verərək ,“ Adama üzüldüm. İnsani bir reaksiya idi. Əgər bu bəzi insanları xəyal qırıqlığına uğratdısa üzr istəyirəm” deyib.
Qafar Ağayev