Modern.az

Azərbaycanda adam oğurluğuna görə 10 min manat tələb edən dəstə TUTULDU

Azərbaycanda adam oğurluğuna görə 10 min manat tələb edən dəstə TUTULDU

Aktual

22 Avqust 2016, 12:51

Avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova  polisə müraciət edərək naməlum şəxsin zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.

Modern.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Araşdırma aparılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı