Avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirərək, hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, olay nəticəsində Anar hadisə yerində ölmüş, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.
Araşdırma aparılır.
Modern.az