Modern.az

Xristianları öldürməyə çağıran imamın oğlu tutuldu

Xristianları öldürməyə çağıran imamın oğlu tutuldu

Aktual

22 Avqust 2016, 13:40

Belçikanın Verve şəhəri ətrafında xristianları öldürməyə çağırış edən imamın oğlu saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, müsəlman din xadiminin 17 yaşlı oğlu Sohid Vervenin küçələrində getdiyi anları əks etdirən görüntüləri internetə videoçarx kimi yerləşdirib.

O, həmin videoda xristianların ünvanına ölüm hədələri ilə ərəb dilində mahnı oxuyur. Yeniyetməyə qarşı cinayət işi qaldırılıb.

Bundan əvvəl onun atası, imam Alaminin ekstradasiyası proseduru başlayıb. Din xadimi islamçı gənclərin radikallaşmasına yönələn sələfiliyi təbliğ etməkdə günahlandırılır.

Digər məlumata görə, yeniyetmənin ata və anası da saxlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı